Kafedə sevgilisini döyüb 500 manatını aldı
    • 22-10-2022, 10:39
    • 180

Kafedə sevgilisini döyüb 500 manatını aldı

Bakıda quldurluq hadisəsi baş verib.

News24.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, gecə saat 01 radələrində Binə qəsəbəsində yerləşən kafedə Sabirabad rayon sakini, 1996-cı il təvəllüdlü C.Novruzov qeyri-rəsmi nikah münasibətində yaşadığı U.Süleymanovanı döyüb. O, qadının üzərində olan 500 manat pulu götürərək hadisə yerindən uzaqlaşıb.

İnsidentlə bağlı polisə müraciət edildikdən sonra C.Novruzov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.