Təcili yardım maşını azərbaycanlı fəhlələri vurdu - 1 ölü, 12 yaralı
    • 9-01-2019, 13:26
    • 1 074

Təcili yardım maşını azərbaycanlı fəhlələri vurdu - 1 ölü, 12 yaralı

Gürcüstanın paytaxtı Tbilisinin mərkəzi Çavçavadze prospektində təcili tibbi yardım maşını ağır qəza törədib.

Səhər saatlarında avtomobil prospektdə tikinti ərazisində yerləşən və tikintidə çalışan işçilərin olduğu köşkə çırpılıb.

Nəticədə bir nəfər ölüb, 12 nəfər yaralanıb. Xəsarət alanların təcili tibbi yardım briqadasının üzvləri və Azərbaycan vətəndaşları və ya yerli azərbaycanlıların olduğu bildirilir.

Yaralılar xəstəxanaya çatdırılıblar. Onlardan birinin vəziyyəti ağır olduğundan əməliyyat olunub.

Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı istintaqa başlayıb. 

Azərbaycanın Gürcüstandakı səfirliyindən report-a bildirilib ki, qəza nəticəsində xəsarət alanların arasında Azərbaycan vətəndaşlarının olub-olmaması barədə hələlik məlumat daxil olmayıb.

Tikinti şirkətinin təhlükəsizlik üzrə meneceri Rati Tskitişvili isə jurnalistlərə bildirib ki, qəza zamanı xəsarət alanlar Gürcüstan vətəndaşlarıdır.

//ReportAz