Bərdədə narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olan 3 nəfər həbs edildi -FOTO
    • 23-10-2022, 10:25
    • 199

Bərdədə narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olan 3 nəfər həbs edildi -FOTO

Bərdədə narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən 3 nəfər həbs edilib
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən təbirlər nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən 3 nəfər saxlanılaraq məsuliyyətə cəlb edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan News24.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri - Vaqif Nadirov, Ruslan Əhmədov və Mehman Süleymanov saxlanılıblar. Onların üzərinə baxış keçirilən zaman güclü təsiredici xassəyə malik heroin aşkar edilərək götürülüb.

Faktlarla bağlı Bərdə RPŞ-də cinayət işləri başlanılıb, adıçəkilən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.