“Joker”in çəkilişləri bu tarixdə olacaq
    • 24-10-2022, 12:22
    • 224

“Joker”in çəkilişləri bu tarixdə olacaq

Rejissor Todd Fillipsin “Joker: Two Man Madness” filminin çəkilişləri noyabrın sonunda başlayacaq.

News24.az "Olay"-a istinadən xəbər verir ki, bu barədə “Behind the Screen” podkastında qonaq olan kinematoqraf Lourens Şer bildirib.

Kinematoqrafın sözlərinə görə, filmin əsas hissəsi Los-Ancelesdəki studiyalarda çəkiləcək. Bəzi səhnələr Nyu Yorkda lentə alınacaq. 

İkinci "Joker"in buraxılışı 2024-cü il oktyabrın 4-nə planlaşdırılıb.