“1917”: IMAX formatında ancaq “Park Cinema”da
    • 9-01-2020, 17:43
    • 1 133

“1917”: IMAX formatında ancaq “Park Cinema”da

“Park Cinema” kinoteatrlar şəbəkəsi “1917” filminə bilet satışlarına başladı. Film Azərbaycanda yayıma yanvarın 30-da çıxacaq.

News24.az xəbər verir ki, “Qızıl Qlobus-2020” mükafatının “Ən yaxşı drama filmi” və “Ən yaxşı rejissor” nominasiyalarında qalib gələn film, birinci dünya müharibəsindən bəhs edir. Britaniya ordusu Hindeburqun xəttinə hücum etməyə planlaşdırır. İki əsgər, kiçik kapral Bleyk və kiçik kapral Skofild cəbhə xəttinə hücumun ləğvi haqqında göstərişi çatdırmalıdırlar. Çatdırmasalar, 1600 əsgərlərdən ibarət batalyon düşmən tərəfindən mühasirəyə alınacaq. Bleyk üçün bu tapşırıq xüsusi və şəxsi önəm daşıyır, çünki həmin batalyonda onun doğma qardaşı qulluq edir.

Todd Fillips və onun “Joker”i mütəxəssislər tərəfindən “Qızıl Qlobus”un favoriti sayılsa da, “1917” iki əsas nominasiyada qələbə qazana bilib və hal hazırda “Oskara” əsas namizələrdəndir. Baş rollarda Din-Çarlz Çepmen (“Sərnişin”, “Kral”, “Bizim üçün nəfəs al”) və Corc Makkey (“Çağırış”, “Oğlanlar qayıdır”, “Ofeliya”) oynadığı filmin rejissoru Sem Mendesdir (“Amerikansayağı gözəllik”, “İtirdiyimiz şeylər”, “Skayfol”). Ulduzlardan ibarət aktyor heyətində həmçinin Kolin Fert, Benedikt Kamberbetç, Deniel Meys və Endryu Skott yer alıb.

 Tamaşaçılar, “1917” filminə IMAX formatında ancaq “Park Cinema”da izləyə biləcəklər. Bu film onsuzda kifayət qədər zəngin repertuarla dolu yanvarın ən gözlənilən premyerlardan biri olacaq. Bundan savayı, “Park Cinema”da bu gündən “Kamuflaj və casusluq” animasiya filmi, real hadisələr əsasında çəkilmiş “Riçard Cuellin işi” dramı, ayın 16-dan “Fermaqeddon” və “Lənətəgəlmişlər” filmləri, 23-dən isə Uill Smit və Martin Lourensin iştirakı ilə “Bad Boys: For Life” filmi və Roman Polanskinin “Zabit və casus” lenti göstəriləcək.