Həyatımızdan tezliklə yox olacaq ərzaqlar və əşyalar - Şəkil, ət, şəkər, kağız... – SİYAHI
    • 9-01-2019, 15:16
    • 1 500

Həyatımızdan tezliklə yox olacaq ərzaqlar və əşyalar - Şəkil, ət, şəkər, kağız... – SİYAHI

İnsan həyatını müəyyən ərzaq və əşyalarsız təsəvvür etmək mümkün deyil.

News24.az tezliklə həyatımızdan yox olacaq ərzaq və əşyaların siyahısını təqdim edir:

Şəkər

Alimlərin fikrincə şəkər vaxtından öncə qocalmağa, depressiyaya, piylənməyə səbəb olur. Bu gün marketlərdə şəkəri əvəz edəcək dadlandırıcılar satılması heç də təəcüblü deyil. İnsanlar gün keçdikcə şəkər əvəzedicilərinin dadına daha da alır. Çox güman ki, cəmiyyət tezliklə şəkərdən tam imtina edəcək.

Ət

Vegeterianlığın dəbdə olduğu bir zamanda ictimaiyyətdə ətə olan tələbat durmadan artır.
2013-cü ildə alimlər laborotoriya şəraitində kotlet hazırlamağı bacarıblar. Bu isə o deməkdir ki, bir müddət sonra ətlik heyvanların saxlanıldığı fermalar fəaliyyətini dayandıracaq.

Şokolad

Şəkərin ardınca çox güman ki, yox olacaq növbəti qida şokoladdır. Buna səbəb şokoladın hazırlanmasının şərf etməməsidir.  Onu isə keçibuyunuzu əvəz edəcək. Hazırda bir çox şirniyyat həvəskarları elə keçibuynuzundan istifadə edir.

Eynək

Lazer əməliyyatı yolu ilə görməni tam bərpa etmək bu gün dünya üzrə çox populyardır. Bu tip əməliyyatlar ağrısızdır və cəmi 15 dəqiqədə bir çox göz problemindən can qurtarmaq mümkündür.

Bu gedişat eynək və linzaların keçmişdən bir xatirə kimi qalacağına işarədir.

Pul

Nağd pul və çeklər artıq köhnəlib. Dünya üzrə milyonlarla insa kredit kartlarından istifadə edir. Güman edilir ki, yaxın gələcəkdə ələ yerləşdirilmiş xüsusi çipin sayəsində ödənişi rahat şəkildə həyata keçirmək mümkün olacaq.

Şifrələr

Hətta ən qəliz şifrəni belə qırmaq mümkündür. Ən təhlükəsiz variant isə biometrik kodlardır. 2017-ci ildə “Apple” şirkəti insanın üzünü 3D formatda modelləşdirə bilən və üz tanıma funksiyası ilə telefonu kiliddən açma funksiyasını təqdim edib.

Fotokamera

Deyəsən “Qara güzgü” serialında deyilənlər reallığa çevrilir. Bu gün “Sony” kimi nəhəg şirkət linzaya quraşdırılmış fotoaparat vasitəsi ilə şəkil çəkməyə imkan yaradır. “Google” şirkəti isə bir az da irəli gedərək gözün büllur təbəqəsinə yerləşdirilməsi üçün mikro kompüter hazırlanmağa başlayıb.

Qızıl

Kripto valyuta olan bitkoinlərin gələcəyi barədə dəqiq qərar verilməsə də qızıl aqibəti demək olar ki, təyin edilib. Ekspertlərin rəyinə əsasən 2050-ci ildə dünya üzrə qızıl ehtiyatı ən a.ağı səviyyəyə düşəcək və onun qiyməti 100 dəfədən də artıq artacaq.

Yaddaş kartları və disklər

Müxtəlif şirkətlərin təqdim etdiyi bulud xidmələri tədricən yaddaş kartları və disklərdən istifadəni azaldır. Kiçik ödəmə etməklə siz, məlumatlarınızı saxlamaq üçün böyük sahə əldə etmiş olursunuz.

Kağız

İllər keçdikcə meşələrin kəsilməsi problemi daha da ciddiləşir. Sevincli hal isə ondan ibarətdir ki, insanlar hazırda daha az kağızdan istifadə edir. Eelektron kitablar, jurnallar, məktublar kağızı yetəri qədər əvəz edir. Eyni şeyi elektron sənədlər haqda da demək mümkündür.

Teymur MƏMMƏDOV