-
- 27-10-2022, 16:41
- 562
Mələkxanım Əyyubovaya həsr olunan yaradıcılıq gecəsi keçiriləcək
Oktyabrın 28-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın Xalq artisti, professor Mələkxanım Əyyubovanın yubileyinə həsr olunan yaradıcılıq gecəsi keçiriləcək.
Bu barədə News24.az-a Xalq artistinin özü məlumat verib. O bildirib ki, tədbir onun yubileyinə həsr olunub:
"Yubiley yaşıma həsr olunan möhtəşəm yaradıcılıq gecəsi hazırlanıb. 42 ildir sənətdəyəm. Tədbir də sənət yaradıcılığıma həsr olunub. Gecəyə bir çox peşəkar sənətçilər də dəvət etmişik. Amma bu dəfə istədim ki, əsas üstünlüyü muğam müsabiqəsindən iştirak edən gənc istedadlara verək. Mən də səhnədə olacağam. Əlbəttə, bu tədbirdə də əsasən muğama üstünlük verəcəyəm".
Sənətkar bildirib ki, konsertdə çox maraqlı sürprizlər də olacaq: "Zövq oxşayan musiqilərdən başqa, konsertdə haqqımda çəkilən filmdən də bir hissə nümayiş olunacaq, "Xarıbülbül klipi" göstəriləcək. Konsertdə çox sürprizlər olacaq. Hamısını açıqlaya bilmirəm. Özüm də bunların hamısını əvvəlcədən bilmirəm".
Qeyd edək ki, yaradıcılıq gecəsi Beynəlxalq Muğam Mərkəzi və Folklor institutunun təşkilatçılığı ilə baş tutacaq.