Şabranda narkotik satan  qohumlar saxlanıldı
    • 31-10-2022, 10:23
    • 231

Şabranda narkotik satan qohumlar saxlanıldı

Şabran  Rayon Polis Şöbəsinin əməkdaşları  tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı  əməliyyat keçirilib.

DİN-in  Mətbuat Xidmətinin Quba regional qrupundan News24.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində  narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında  şübhəli bilinən rayon sakinləri Ruslan Əliyev və Mahir Quliyev   saxlanılıblar. Həmin şəxslərin üzərinə və yaşadıqları evə  baxış keçirilən zaman 6 kiloqrama yaxın narkotik vasitə olan marixuana və 161,4 qram həşiş aşkar olunaraq götürülüb.

Faktla bağlı Şabran RPŞ-də  cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.