Yanvarın 11-nə hava proqnozu
    • 10-01-2019, 13:58
    • 651

Yanvarın 11-nə hava proqnozu

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Nazirlikdən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 11-i gündüzdən 12-si gündüzədək cənub-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında yanvarın 11-i gündüz və 12-də qərb küləyinin bəzi yerlərdə arabir güclənəcəyi gözlənilir.