Bakıda təcili tibbi yardım xəstəyə kömək etmədi? - VİDEO
    • 10-01-2019, 14:50
    • 1 826

Bakıda təcili tibbi yardım xəstəyə kömək etmədi? - VİDEO

Bu gün saat 11:30 radələrində, Bakıxanov küçəsi, Dostluq kinoteatrının yaxınlığında xoşagəlməz hadisə baş verib.

Görüntüləri “Facebook” sosial şəbəkəsində Kamran Mahmudov adlı istifadəçi paylaşıb.

Hadisə şahidləri bildiriblər ki, təcili yardıma xəbər verdikləri vaxtdan həmin ərazidən bir neçə təcili tibbi yardım maşını keçsə də, heç biri saxlamayıb. 

“Mən orada olduğum müddətdə iki təcili tibbi yardım maşını həmin ərazidən keçirdi. Biri özəl klinikaya məxsus, digəri isə dövlətə. İnsanlar dövlətə məxsus təcili tibbi yardım maşınının qarşısını kəssə də, sürücü saxlamadı. Yol polisi məsələyə qarışdıqdan 20 dəqiqə sonra yeni təcili tibbi yardım maşını ilə xəstəni xəstəxanaya apardılar”, - deyə K.Mahmudov yazıb.

Unikal.org-un məlumatına əsasən, yolda səhhəti pisləşən vətəndaş 1948-ci il təvəllüdlü Verdiyev Seyfulla Əli oğludur. O, yolu keçmək istəyərkən qəfildən halı pisləşib və yerə yıxılıb.