Bakıda özünü doğrayaraq öldürən şəxs kran sürücüsü imiş
    • 1-11-2022, 11:02
    • 242

Bakıda özünü doğrayaraq öldürən şəxs kran sürücüsü imiş

Oktyabrın 29-da səhər saat 08 radələrində Bakı şəhər Xəzər rayonu Şağan qəsəbəsində intihar hadisəsi baş verib.

News24.az-ın məlumatına görə, 1957-ci il təvəllüdlü İlham Əliabbas oğlu Məmmədbəyov yaşadığı evdə ülgüclə qolunun damarlarını doğrayıb. Nəticədə çoxlu qan itirən kişi ölüb.

Bildirilib ki, İlham Məmmədbəyov uzun illər kran sürücüsü kimi fəaliyyət göstərib. Son vaxtlar onun səhhətində problemlər yaranıbmış.

Faktla bağlı araşdırma aparılır.