ABŞ Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini 3,75-4,0 faizə qaldırıb
    • 2-11-2022, 22:41
    • 530

ABŞ Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini 3,75-4,0 faizə qaldırıb

ABŞ Federal Ehtiyatlar Sistemi (FES) uçot dərəcəsini 0,75 faiz bənd artıraraq 3,75 – 4,0 faizə çatdırıb.

News24.az  xəbər verir ki, bununla da FES il ərzində ardıcıl dördüncü dəfə uçot dərəcəsini artırıb.

Son faiz artımı ilə uçot dərəcəsi 2007-ci ilin dekabrından bəri ən yüksək səviyyəyə yüksəlib.