Talış kəndində sursat tapıldı

Talış kəndində sursat tapıldı Hadisə
Tərtər rayonunun Talış kəndində sursat aşkarlanıb.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları Talış kəndi ərazisində xidmətdə olarkən 2 640 ədəd 7 62 çaplı patronlar aşkar edərək götürüblər.

Araşdırma aparılır.