Aygün Səmədzadənin ad günüdür - VİDEO
    • 11-01-2019, 10:52
    • 943

Aygün Səmədzadənin ad günüdür - VİDEO

Bu gün xalq artisti Aygün Səmədzadənin ad günüdür.

News24.az xəbər verir ki, Bakıda ziyalı ailəsində dünyaya göz açan əməkdar incəsənət xadimi  ilk təhsilini Bülbül adına orta ixtisas musiqi məktəbində alıb. Oranı qızıl medalla bitirən A.Səmədzadə daha sonra Azərbaycan Dövlət Konservatoriyasına daxil olub.

Ü.Hacıbəyovun anadan olmasının 100 illiyi ilə bağlı keçirilən müsabiqədə diplom, III respublika konfransında ən yaxşı tələbə elmi-işinə görə "Qızıl medal", Zaqafqaziya ölkələri arasında keçirilən müsabiqədə I dərəcəli diploma layiq görülmüşdür.

Konservatoriyanı fərqlənmə diplomu və Ü.Hacıbəyov adına fəxri təqaüdlə bitirdikdən sonra elə həmin ildən "Musiqi tarixi" kafedrasına müəllim kimi dəvət olunmuş və hal-hazırda Avropa ölkələrinin musiqi tarixi, Türkdilli xalqların musiqi mədəniyyəti, Musiqi tənqidi kimi fənnlərdən mühazirələr aparır və həmin kafedranın dosentidir.

2000-ci il "Best of Best" müsabiqəsində onun "Məktəb illəri", 2002-ci ildə keçirilən "Nəğmələrin nəğməsi" müsabiqə-festivalda "Bu dünyanı nağıl bilək", "Yağış" mahnıları birinci yerlərlə mükafatlandırılmış, "Tut ağacım" isə  Qran-pri və Tamaşaçı rəğbəti mükafatlarına layiq görülüb.

A.Səmədzadə bir çox tanınmış müğənnilərin repertuarında xüsusi yer tutan 100-dən artıq mahnı və rəqsin müəllifidir.