Şuşa Dost Mərkəzinin layihələndirilməsi tam hazırdır
    • 4-11-2022, 21:41
    • 407

Şuşa Dost Mərkəzinin layihələndirilməsi tam hazırdır

"Artıq Şuşa Dost Mərkəzinin layihələndirilməsi tam hazırdır".

News24.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, gələn il mərkəzin tikilməsi və istismara verilməsi nəzərdə tutulur: "Eyni zamanda Cəbrayılda digər regional DOST Mərkəzinin, Kəlbəcərdə Reabilitasiya Mərkəzinin, Ağdam, Tərtər və digər rayonlarda DOST filiallarının planları artıq hazırdır. İşğaldan azad olunmuş ərazilərimizin baş planları hazır olduqca həmin layihələr mərhələli şəkildə icra olunacaq. Həmçinin DOST İnklüziv və Yaradıcılıq mərkəzləri şəbəkəsinin genişləndirilməsində də maraqlıyıq. Həm Bakı şəhərində, həm də regionlarda şəbəkənin genişləndirilməsi ilə bağlı planlar var".