Türkiyədə mədəndə partlayış olub, yaralananlar var - -FOTO

Türkiyədə mədəndə partlayış olub, yaralananlar var - -FOTO Dünya
Türkiyənin Zonquldağ əyalətinin Kilimli rayonunda daş kömür mədənində baş verən partlayışda 4 işçi yaralanıb.

Bu barədə News24.az “Haber Global”a istinadən xəbər verir.

Yaralılar xəstəxanaya aparılıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə xilasetmə qrupu, polis, tibb işçiləri, Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) əməkdaşları cəlb olunub.

Partlayışın başvermə səbəbi açıqlanmır.
Türkiyədə mədəndə partlayış olub, yaralananlar var - -FOTO