Quba və Qusarın dağlıq yaşayış məntəqələrinə qar yağıb
    • 6-11-2022, 12:43
    • 316

Quba və Qusarın dağlıq yaşayış məntəqələrinə qar yağıb

Ötən gün axşam saatlarından etibarən şimal bölgəsində hava şəraiti kəskin dəyişib.

News24.az xəbər verir ki, APA-nın şimal bürosunun verdiyi məlumata görə, Quba və Qusarın dağlıq yaşayış məntəqələrinə qar yağıb.

Ən çox yağıntı Qubanın Qrız kəndində qeydə alınıb. Burda qarın hündürlüyü 11 sm-ə çatıb, temperatur isə mənfi 6 dərəcəyədək enib.