Qubaya 14 sm qar yağdı - FOTO
    • 25-05-2022, 10:26
    • 732

Qubaya 14 sm qar yağdı - FOTO

Ötən gün axşam saatlarından başlayaraq şimal bölgəsində hava şəraiti pisləşib.

News24.az "Apa"-ya istinadən xəbər verir ki, regionun bəzi ucqar yaşayış məntəqələrinə qar yağıb.

Qubanın Qrız kəndində 14 sm qar yağıb, havanın temperaturu mənfi 1 dərəcəyədək enib. Xınalıq kəndində qarın hündürlüyü 10 sm çatıb.

Ucqar dağ kəndlərində qar yağmaqda davam edir.