"Qarabağ" Avropada xal itirməyən yeganə komandadır
    • 7-11-2022, 12:27
    • 233

"Qarabağ" Avropada xal itirməyən yeganə komandadır

"Qarabağ" cari mövsümdə Avropada yerli liqalarda keçirdiyi bütün oyunlarda qələbə qazanan yeganə komandadır.

News24.az "Report"-a istinadən xəbər verir ki, "köhlən atlar" Azərbaycan Premyer Liqasındakı ilk 12 qarşılaşmanın hamısında meydanı 3 xalla tərk edib.

Ölkə çempionunun III turda "Turan Tovuz"la görüşü isə noyabrın 9-na təxirə salınıb.

Son olaraq "Düdelanj" Lüksemburq çempionatının XI turunda "Svift Hesperange"yə 0:4 hesabı ilə yenilib. "Panatinaikos" isə Yunanıstan Super Liqasının XI turunda "Olimpiakos"la bərabərə qalıb - 1:1.

Qeyd edək ki, noyabrın 9-da oynanılacaq "Turan Tovuz" - "Qarabağ" qarşılaşması saat 14:30-da başlayacaq.