"Qarabağ" bu göstəricidə Avropada dörd komandadan biridir
    • 17-10-2022, 10:01
    • 303

"Qarabağ" bu göstəricidə Avropada dörd komandadan biridir

Cari mövsüm bu günədək Avropada yerli liqalarda keçirdikləri bütün matçlarda qələbə qazanan komandaların sayı 4-ə enib.

News24.az "Report"-a istinadən xəbər verir ki, siyahıda "Qarabağ" da yer alıb.

"Köhlən atlar" Azərbaycan Premyer Liqasındakı ilk 9 qarşılaşmanın hamısında meydanı 3 xalla tərk edib. Ölkə çempionunun III turda "Turan Tovuz"la görüşü isə noyabrın 9-na təxirə salınıb.

Lüksemburqda "Düdelanj" (9), Yunanıstanda "Panatinaikos" (8), Ukraynada "Dnepr-1" (6) çempionatdakı bütün matçlarını qələbə ilə başa vurub.

Qeyd edək ki, "Qarabağ" Azərbaycan Premyer Liqasının XI turunda oktyabrın 20-də "Turan Tovuz"u qəbul edəcək.