-
- 7-11-2022, 21:35
- 303
Hulusi Akar: Azərbaycan əsgəri türkün gücünü dünyaya göstərdi
“Azərbaycan türkünün bizim həyatımızda ayrı yeri var. Bütün fəaliyyətlərimizi qardaşlıq anlayışına uyğun davam etdririk. Bəxtiyar Vahabzadənin dediyi kmi, biz bir ananın iki övladıyıq”.
News24.az APA-ya istinadla xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ankarada Zəfər Bayramına həsr olunmuş “Qardaşlığımızın Zəfəri” adlı tədbirdə çıxışı zamanı bildirib.
O qeyd edib ki, iki ölkə vətəndaşları heç bir zaman bir millət, iki dövlət olduğumuzu unutmamalıdır.
Nazirin sözlərinə görə, Türkiyə can qardaşlarının haqlı mübarizəsində hər zaman yanında olub və olmağa davam edəcək.
“Ermənistanın azərbaycanlı qardaşlarımızın torpaqlarını işğal etdiyini, bir milyondan çox insanın torpaqlarından didərgin düşməsini, Xocalı soyqırımının törədildiyini görməyənlər sonradan ortaya çıxıb. Bunlar, həmçinin, ATƏT-in Minsk Qrupu, 30 il ərzində səslərini çıxarmadılar. İndi isə Avropa İttifaqı çərçivəsində, atəşkəsə nəzarət etmək adı ilə buraya gəlirlər. Çox şükür ki, 44 gün davam edən müharibədən sonra Azərbaycan torpaqları azad edildi. Azərbaycan əsgəri torpaqlarını azad edə biləcək gücə sahib olduğunu, türkün gücünü dünyaya göstərdi”, - deyə o bildirib.