Zəfər Günü münasibəti ilə hərbçilərin yürüşü başladı -VİDEO
    • 8-11-2022, 10:28
    • 291

Zəfər Günü münasibəti ilə hərbçilərin yürüşü başladı -VİDEO

Bakıda Zəfər Günü münasibəti ilə hərbçilərin yürüşü başlayıb.

News24.az xəbər verir ki, hərbi orkestrin müşayiəti ilə təşkil olunan yürüşdən əvvəl şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycan dövlət himni səsləndirilib.

Qeyd edək ki, yürüşlər 3 marşrut üzrə keçirilir.

- Heydər Əliyev sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı;

- Şəhidlər Xiyabanı - "Alov qüllələri" kompleksi - "İçərişəhər" metrosu - İstiqlaliyyət küçəsi - Azneft dairəsi - Bəhram Gur heykəli;

- Hüseyn Cavid parkı - Hüseyn Cavid prospekti - Parlament prospekti - Şəhidlər Xiyabanı;

Bundan başqa, Şuşa şəhərində də hərbi yürüş keçiriləcək.