Ali Baş Komandan: "Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq"
    • 11-01-2019, 15:24
    • 1 075

Ali Baş Komandan: "Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq"

"Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq". 

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 11-də Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı bildirib.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışarkən dövlət başçısı vurğulayıb ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq. 
Prezident İlham Əliyev onu da qeyd edib ki, 2018-ci ildə hərbi sahədə böyük nailiyyətlər qazanılıb, uğurlu Naxçıvan əməliyyatı nəticəsində 11 min hektar torpağa tam nəzarət olunur.

//Report