Ələkbər Yasamallının anası: "Rəşaddan bunu gözləməzdik"
    • 12-11-2022, 00:38
    • 517

Ələkbər Yasamallının anası: "Rəşaddan bunu gözləməzdik"

Meyxanaçı Ələkbər Yasamallı (Quliyev) Almaniyada xəstəxanaya yerləşdirilib.

News24.az
Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə meyxanaçının anası Bacıqız "Baku TV"yə açıqlamasında deyib: “Mən bunu heç vaxt Rəşaddan gözləməzdim. Düşmənin də balasını elə vəziyyətə salmazlar. Bizə çox pis təsir etdi. Ələkbərə də kimsə deyib, çox pis vəziyyətdədir. Almaniyada xəstəxanaya aparıblar, vəziyyəti pisdir. Heç öz övladımla danışa bilmirəm. Yenə deyirəm ki, kimdən gözləsək də, Rəşaddan bunu gözlməzdik. O, hamımız üçün əziz olub”.

Qeyd edək ki, Rəşad Dağlı qonşusu İsgəndər Mehdiyevi 14 bıçaq zərbəsi ilə qətlə yetirib. İsgəndər Mehdiyev Ələkbər Yasamallının bibisi oğludur. Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Rəşad Dağlı haqqında 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.