-
- 12-11-2022, 19:39
- 267
Türkiyə Prezidenti: Qara dənizin altında enerji bazası yaradırıq
Qara dənizdə suyun 2200 metr dərinliyində enerji bazası yaradırıq. Gələn ildən bu qazdan istifadəyə başlayacağıq.
News24.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Kastomunu vilayətinin bir neçə rayonuna təbii qazın verilməsi mərasimində bildirib.
Hakimiyyətə gəldiyində Türkiyənin yalnız beş şəhər və 57 yaşayış məntəqəsində təbii qazın olduğunu xatırladan Prezident Ərdoğan deyib: “Bu gün Türkiyədə 81 şəhər mərkəzi və 669 yaşayış məntəqəsində vətəndaşlarımız təbii qazdan faydalanır. Beləliklə, bu müddət ərzində təbii qazdan istifadə edən əhali sayını 12,5 milyondan 58 milyona çatdırdıq. Bütün vətəndaşlarımıza təbii qazın rahatlığını çatdırana qədər bu səylərimizi davam etdirəcəyik”.
Sakarya qaz yatağının birinci mərhələsini təşkil edən 10 quyudan 9-nun qazılması işlərinin başa çatdığını deyən Türkiyə Prezidenti bildirib ki, hazırda 3 qazma, 9 əsas tikinti-quraşdırma gəmisi, iş yükünə görə sayı 20-30 arasında dəyişən dəstək gəmiləri, eləcə də quru və dənizdə olmaqla yeddi min işçi yataqda işləyir.