Azərbaycanda basketbol müəllimi faciəvi şəkildə öldü
    • 14-11-2022, 12:11
    • 162

Azərbaycanda basketbol müəllimi faciəvi şəkildə öldü

Dünən Ağstafada iki nəfərin dəm qazından zəhərlənməsi və onlardan birinin vəfat etməsi barədə xəbər vermişdik.

News24.az-ın əldə etdiyi məlumata görə, rayonun Poylu kəndində yerləşən evdə qazdan zəhərlənərək ölən Bayramov Mustafa Alı oğlu 1 ay əvvəl həmin evə köçübmüş.

Belə ki, Ağstafa şəhərində yaşayan və basketbol müəllimi kimi fəaliyyət göstərən Mustafa Bayramov bir neçə gün əvvəl kənddə babasından qalan boş evə köçüb. Noyabrın 13-nə keçən gecə o, dostu ilə birgə evdə olarkən gecə vaxtı mənzilə qaz dolub. Nəticədə Mustafa hadisə yerində ölüb, digər şəxs isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.