Qadının çantasını oğurlamaq istədi, bacarmadığı üçün bıçaqladı
    • 14-11-2022, 15:33
    • 200

Qadının çantasını oğurlamaq istədi, bacarmadığı üçün bıçaqladı

Bərdədə qadına hücum edib çantasını oğurlamaq istəyən şəxs sonradan onu bıçaqlayıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan News24.az-a verilən məlumata görə, hadisə ötən gün rayonun mərkəzi küçələrindən birində baş verib.

Belə ki, naməlum şəxsin bir qadına hücum edərək çantasını ələ keçirtməyə cəhd göstərməsi, müqavimətlə üzləşdikdə isə ona bıçaqla xəsarət yetirməsi barədə Bərdə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Cinayəti törətməkdə şübhəli bilinən Kəlbəcər sakini, əvvəllər məhkum olunmuş Emin Qarayev saxlanılıb. Hadisə zamanı istifadə edilən bıçaq aşkar olunaraq sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.