-
- 15-11-2022, 13:57
- 452
Qarabağ qazisi Laçında bərbərxana açdı - FOTO
Laçına köçüb burada yaşamağa başlayan bərbərin açdığı “Qədim Laçın” salonu fəaliyyətə başlayıb.
Həmin salonun xidmətindən istifadə edən hüquqşünas Ərşad Hüseynov bununla bağlı maraqlı paylaşım edib.
News24.az həmin paylaşımı təqdim edir:
"Doğma yurdumuzda uzun illərdən sonra bu da qismətim oldu. Laçın şəhərində saç ustası, döyüş yoldaşımız Əvəz bəyin açdığı “Qədim Laçın” salonunda saçımı səliqəyə saldırdım.
Əvəz bəy Birinci Qarabağ müharibəsində igidliklə savaşan qardaşlardandır. Deyir ki, ən gözəl arzuma çatmışam. Laçında yaşayıram, Laçında işləyirəm. Əsl xoşbəxtlik budur!
Dedim ki, ay Əvəz bəy, mənim saçımda bir şey qalmayıb, 5 dəqiqəyə səliqəyə sala biləcəksən. Amma sağlıq olsun, Laçının kolpansaç oğlanları gəlsin bura. Bax onda kürəyin tərləyənə qədər işləyəcəksən. Allah hər kəsə tezliklə Laçında yaşamağı və işləməyi qismət etsin!"