Şagird sinifdə qadın müəllimi döydü
    • 16-11-2022, 12:40
    • 235

Şagird sinifdə qadın müəllimi döydü

Rusiyada Tulada məktəbli sinif rəhbərinin üzünə yumruqla vurub.

News24.az xəbər verir ki, hadisəni əks etdirən görüntülər Myslo Telegram kanalı tərəfindən yayımlanıb.

Videoda sinifdə yazı lövhəsində dayanan rusiyalı yeniyetmənin qadın müəllimin üzünə yumruq vurması əks olunub. Qadın uşağın yerinə qayıtmasını xahiş edir, digər uşaqlar baş verənlərə qarışmır.

Sonradan məlum olub ki, şagird müəllimlərə ilk dəfə deyil, hücum edir. Tula prokurorluğu video ilə maraqlanıb və yoxlama təşkil edib.

Uşağın anasına qarşı inzibati protokol tərtib edilib.

Bundan əlavə, təhsil müəssisəsi şagirdin evdə təhsilə keçirilməsi üçün sənədləri hazırlayır. Onun məktəbdən köçürüləcəyi bildirilir.