"311 sinifdə şagird sayı 40-dan çoxdur" Nazir
    • 7-09-2021, 15:13
    • 539

"311 sinifdə şagird sayı 40-dan çoxdur" Nazir

"Ötən il ölkədə 85 626 sinif olub və bu siniflərin 49 minində şagird sayı 20-dən azdır. Digərlərində isə bu rəqəm 21-25 arasıdır. Cəmi 311 sinifdə 40-dan çox şagird var. Bu da valideynlərin seçimi ilə bağlıdır. Yəni, valideynlər konkret sinif və müəllim seçimi edirlər". 

News24.az xəbər verir ki, bunu məktəblərdə şagird sıxlığı olan siniflərdə tədrisin hansı formada tədris oluncağı ilə bağlı suala cavab olaraq Təhsil naziri Emin Əmrullayev deyib.

Nazir qeyd edib ki, bu valideynlərin öz seçimi və istəyidir: "Biz o valideynlərə övladlarını daha az şagird olan siniflərə keçirmək imkanı və tövsiyəsi veririk".