Salyanda istixanada narkotik becərən şəxslər saxlanılıb
    • 12-01-2019, 13:30
    • 883

Salyanda istixanada narkotik becərən şəxslər saxlanılıb

Daxili işlər orqanları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər  davam etdirilir.

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, daxil olmuş məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Salyan rayonu Qarabağlı kənd sakinləri Elman DadaşovQalib Rəhimov və paytaxt sakini Rafiq Cavadov saxlanılıb.
E.Dadaşovun həyətində olan istixanaya baxış keçirilən zaman pomidor şitillərinin arasında xüsusi olaraq əkilən və qulluq edilən 508 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar olunaraq götürülüb.
Əməliyyat tədbirlərinin davamı olaraq E.Dadaşovun qonşuluğunda olan Q.Rəhimova məxsus istixanaya da baxış keçirilib. Oradan da eyni qayda ilə pomidor şitillərinin arasında əkilən 404 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Saxlanılan şəxslər narkotik tərkibli bitkiləri Maştağa qəsəbəsi sakini R.Cavadovun köməkliyi ilə 2018-ci ilin dekabr ayında satmaq niyyəti ilə əkdiklərini və onlara qulluq edərək yetişdirdiklərini bildiriblər. Araşdırma zamanı dəstə üzvlərinin narkotik tərkibli bitkilərin tez yetişməsi üçün istixanada olan havanın temperaturunu yüksək dərəcədə saxladıqları da məlum olub.
Qeyd edək ki, saxlanılan şəxslərin yaşadıqları evə baxış zamanı E.Dadaşovdan əlavə olaraq 450, Q.Rəhimovdan isə 470 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, dəstə üzvləri onlara məxsus istixanalara ümumilikdəm 1500 ədəd çətənə toxumu əksələr də, onlardan 912 ədədi yetişib.
Faktla bağlı Baş İdarənin əməkdaşları tərəfindən olaraq əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

//Report