Azərbaycan Ordusunda döyüş atışlı təlimlər keçirilib - VİDEO
    • 18-11-2022, 14:23
    • 267

Azərbaycan Ordusunda döyüş atışlı təlimlər keçirilib - VİDEO

Cari ilin döyüş hazırlığı planına uyğun olaraq Quru Qoşunlarının motoatıcı bölmələrində döyüş atışlı taktiki təlimlər keçirilib.

Bu barədə News24.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimlərə cəlb olunan bölmələr praktiki fəaliyyətləri yerinə yetiriblər.

Bölmələr döyüş texnikası üzərində müxtəlif irəliləmə üsullarını məşq etdiriblər və təyin olunmuş marşrutla hərəkət edərək şərti düşmən mövqelərinə yaxınlaşmaq, eləcə də aşkar olunan hədəflərin məhv edilməsi üzrə tapşırıqları uğurla yerinə yetiriblər.

Vətən müharibəsində və müasir döyüş əməliyyatlarında qazanılan təcrübələr nəzərə alınmaqla keçirilən təlimlərin əsas məqsədi motoatıcı bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi, o cümlədən şəxsi heyətin səhra və praktiki vərdişlərinin inkişaf etdirilməsidir.