Şeron Stoun: “Həkimlər dedi ki, sağ qalmaq şansım 5%-dir” - FOTO
    • 12-01-2019, 15:30
    • 2 570

Şeron Stoun: “Həkimlər dedi ki, sağ qalmaq şansım 5%-dir” - FOTO

“Sanki, iki dünya arasında qalmışdım”

Uzun zaman Şeron Stoun insult haqqında danışmamağı üstün tuturdu. İndi isə xəstəlik və reabilitasiya geridə qaldığı üçün, aktrisa baş verənlər haqda danışmağa özünə icazə verir.

Uzun zaman ərzində pressa ilə ünsiyyət zamanı aktrisa xəstəliyi mövzusuna toxunmurdu. Lakin bütün sınaqlardan keçəndən və qorxulu günlər geridə qalandan sonra, o, baş verənlər haqda danışıb.


Bu 29 sentyabr 2001-ci ildə baş verdi.

Stoun deyir: “Başımda qan damarı partlayan zaman mən məni özünə sovuran nəhəng işıq partlayışı gördüm. Sanki bədənimdən uçdum və dünyasını dəyişmiş yaxın dostlarımı, eləcə də yaşayan zaman mənə qarşı çox yaxşı davranmış başqa insanları görməyə başladım. Sanki haradasa iki dünya arasında qalmışdım. Birdən nəsə baş verdi: BUM! və mən öz bədənimə qayıtdım”
Aktrisanın sözlərinə görə, özünü pis hiss etməyə başlayandan üç gün sonra o, həkimə müraciət etmək qərarına gəlib. Həkimlərin gəldiyi nəticə çox ağır olub — hemmoragik insult və məsələnin müsbət yekunlaşmasına yalnız 5% ehtimal... Tezliklə aktrisa huşunu itirir.
Stoun belə deyir: “Mən özümə gələndə həkimdən soruşdum: “Öləcəm?” O isə “Sizin beyninizdə qansızma var” – dedi. Bildirdim ki, anama zəng etməliyəm. Həkim isə cavab Verdi ki, siz haqlısız, çünki tezliklə danışıq qabiliyyətinizi itirə bilərsiz... Anam təyyarə ilə Pensilvaniyadan o qədər tez gəlmişdi ki, hətta bağda işlədiyi zaman əynində olan şortları belə dəyişməmişdi.
İnsultdan sonra bədənimin özünə gəlməsi üçün mənə iki il zaman lazım oldu”
“Sonra isə xəstəlik mənim nitqimə, yerişimə, eşitmə, oxuma və yazma qabiliyyətimə təsir göstərdi. Hər şeyi yenidən öyrənməli olurdum. Bütün həyatım məhv olmuşdu” — deyə, aktrisa etiraf edir.


“Bütün həyatım mənasını itirmişdi”

Şeron bir neçə il sevdiyi işlə məşqul olmaq imkanından məhrum olmuşdu. Prodüserlərdən heç bir təklif gəlmirdi, çünki onlar aktrisanın səhhətinə görə ehtiyyat edir və ehtimal edirdilər ki, o, bütün bacarıqlarını itirib.
“Bu çox çətin bir müddət idi, mən işsiz idim. Mənə heç bir təklif gəlmirdi, çünki prodüserlər düşünürdülər ki, mən bütün bacarıqlarımı itirmişəm. Bütün həyatım mənasını itirmişdi”.
O, öz narahatlıq və əziyyətlərini həmkarları ilə bölüşmürdü, çünki düşünürdü ki, “sınmış” insanlar heç kəsə maraqlı deyillər. Sənətinə geri dönmək cəhdləri isə sadəcə cəhd olaraq qalırdı.
“Əminəm ki, bu illər ərzində mən qəribə görünürdüm, amma baş verənlər haqqında danışmaq istəmirdim. Çünki Holivud belə şeyləri bağışlamır. Səhhətimin bərpasına və sənətə geri dönə bildiyimə görə xoşbəxtəm”.
Sağalandan sonra Şeron Stounun hesabında 17 film işi var. İnanırıq ki, bu möhtəşəm aktrisa və güclü qadının ən yaxşı rolları hələ qabaqdadır.


Üç uşaq və it.

Özünü sağlam hiss etmək, enerjili olmaq və cazibədar görünmək üçün Şeron Stoun çox çalışmalı olur, çünki aktrisa keçirdiyi ağır insult xəstəliyindən savayı, həm də diabet və astmadan əziyyət çəkir. Aktrisanın həyatının bu cür keşməkeşli hadisələrindən xəbər tutduqdan sonra onun həyat sevgisinə, optimizminə, enerjisinə və möhkəmliyinə heyran olmaqdan yorulmursan.
İndi o, çox çəkilişlərdə iştirak edir və xeyriyyə işləri ilə məşqul olur.
Şeron övladlığa götürdüyü üç oğlunu tərbiyyə edir, onun bir iti, bir də pişiyi var. 1998-2004-cü illərdə Stoun “San Francisco Chronicle” qəzetinin vitse-prezidenti və redaktoru ilə ailəli idi. Toydan sonra ailə Ron adlı oğlanı övladlığa götürüb (indi Ronun 18 yaşı var).
Boşanandan sonra Şeron iki oğlan uşağını da övladlığa götürüb.  Bunlar hazırda 13 yaşı olan Lerd Von Stoun və 12 yaşlı Quin Kelli Stoundur.
2000-ci ildə ilk dəfə ana olmazdan öncə, aktrisa bir neçə dəfə uşaq düşürmüşdü. Lakin ana olmaq istəyi hər şeyə üstün gəldi və indi Şeron etiraf edir ki, oğulları onun həyatının mənasıdır.
Xatırladaq ki, 2018-ci ilin mart ayında Şeron Stoun 60 illiyini qeyd edib.


Bu möhtəşəm qadının sizə maraqlı olacaq bir neçə ifadəsini təqdim edirik.

BƏLİ, MƏN QOCALIRAM. Amma mən bu prosesdən zövq alıram.
HƏYATIN İLK HİSSƏSİNDƏ SƏNİN SİMAN – DOĞUŞDAN SƏNİNLƏ OLANDIR. Həyatın ikinci hissəsində isə siman sənin layiq olduğundur.
HƏYATININ İLK HİSSƏSİNDƏ MƏŞQUL OLDUĞUN İŞƏ GÖRƏ ÖZÜNÜ LƏNƏTLƏYƏ BİLƏRSƏN, amma bu o anlama gəlmir ki, həyatının ikinci hissəsində sən sadəcə qolf oynamalı və heçnə etməməlisən.
ÖZ YAŞIMI GİZLƏTMƏK İSTƏMİRƏM. Sadəcə öz yaşına görə mümkün olduğu qədər gözəl görünən qadın olmaq istəyirəm.
QIRX NECƏSƏ YAŞIM OLANDA bir şüşə şərabla vanna otağına girdim və özümə dedim: “Özümü olduğum kimi qəbul etməyincə, heç yerə çıxmayacam”.
HƏYATDA ƏN VACİB ŞEYLƏRDƏ ŞANSSIZ OLDUM. Ailə həyatı və sağlamlığım mövzusunda bəxtim gətirmədi. Amma mən sadəcə özümü ələ aldım və yaşamağa davam etmək qərarına gəldim.
SAKİTCƏ YAŞLANMAQDAN XOŞUM GƏLİR — bu, mənim yeni məqsədimdir. 2001-ci ildə mənim beynimdə çox güclü qansızma olmuşdu. Bu səbəbdən də sakitcə yaşlanmağın alternativ variantı mənə yaxşı məlumdur. Doqquz gün ərzində qan beynimə sızırdı. Mənim yaşadıqlarımı yaşayanların arasında sağ qalanların faiz göstəricisi elə də yüksək deyil. Lakin mən nəcürsə öhdəsindən gələ bildim. Sonra mən yeriməyi, danışmağı və oxumağı yenidən öyrənmək üçün iki il vaxt sərf etdim. Bundan sonra qırışlar haqqında olan bütün söhbətlər mənə gülünc gəlir.


Hazırladı: Səməd AĞAYEV