Deputat: “Azərbaycanın valyuta ehtiyatı borcundan 8 dəfə çoxdur”
    • 22-11-2022, 14:32
    • 548

Deputat: “Azərbaycanın valyuta ehtiyatı borcundan 8 dəfə çoxdur”

Azərbaycanın valyuta ehtiyatları birbaşa dövlət borcundan 8 dəfə çoxdur.

News24.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Ziyad Səmədzadə bildirib.

“Dövlət borcunun hər il azalması ardıcıl siyasətin nəticəsidir. Borcun ümumi daxili məhsula (ÜDM) nisbətinin 10%-ə düşməsi ölkə prezidentinin prinsipiallığı ilə bağlıdır”, - deyə o, qeyd edib.