Bakıda marşrut avtobusu piyada səkisinə çıxdı - FOTO
    • 23-11-2022, 13:01
    • 303

Bakıda marşrut avtobusu piyada səkisinə çıxdı - FOTO

Bakıda marşrut avtobusu qəza törədib.

News24.az-ın məlumatına görə, hadisə Xətai rayonu Məhəmməd Hadi küçəsində baş verib. 57 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobus sürücünün idarəetməsindən çıxaraq qəzaya uğrayıb. Nəticədə avtobus piyada səkisinə çıxaraq bardürə çırpılıb. Xoşbəxtlikdən səkidə hərəkət edən piyadalardan hər hansı biri xəsarət almayıb.

Hadisə yerindən çəkilən görüntüləri təqdim edirik: