Bakıda sərnişin avtobusu qəzaya uğradı - FOTO
    • 25-06-2022, 12:38
    • 413

Bakıda sərnişin avtobusu qəzaya uğradı - FOTO

Bakıda marşrut avtobusu qəzaya uğrayıb.

Bakı Nəqliyyat Agentliyindən News24.az-a verilən məlumata görə, “Kənan-2000” şirkətinin müvəqqəti istismarında olan 70 nömrəli marşrut xətti üzrə hərəkət edən 90 MJ 279 nömrəli avtobus minik avtomobili ilə toqquşub.

Daşıyıcı şirkətin direktoru Əbülfət Bayramov bildirib ki, hadisə nəticəsində avtobusda olan sərnişinlərdən xəsarət alan olmayıb.