Türkiyədəki zəlzələdə yaralananların sayı açıqlandı
    • 23-11-2022, 23:19
    • 216

Türkiyədəki zəlzələdə yaralananların sayı açıqlandı

Türkiyənin səhiyyə naziri Fahreddin Koca Düzce rayonunda  baş verən zəlzələ nəticəsində yaralanan şəxslərin sayını açıqlayıb.

Nazir bununla bağlı tviter hesabında paylaşım edib.

Nazir qeyd edib ki, Düzcenin Gölyaka mahalında olan zəlzələdə yaralananların sayı 93 nəfərdir.

"Son hesablamalara görə, Düzcedə zəlzələ nəticəsində yaralananların sayı 93 nəfərdir. Düzcedə 1, İstanbulda 2, Boluda 14, Zonquldakda 10, Sakaryada 26, Bursada 4 yaralı var. 17 nəfər hələ də xəstəxanalarımızda müalicə alır, Allah onları bütün bəlalardan qorusun”,-deyə nazir bildirib. /Qafqazinfo/