Türkiyədəki zəlzələdə 22 ÖLÜ, 1030 YARALI - YENİLƏNDİ 3
    • 25-01-2020, 13:43
    • 2 001

Türkiyədəki zəlzələdə 22 ÖLÜ, 1030 YARALI - YENİLƏNDİ 3

Ötən gün axşam saatlarında Türkiyənin Elazığ şəhərinin Sivrice bölgəsində meydana gələn zəlzələ zamanı ölənlərin sayı artıb. 

News24.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hazırda ölənlərin sayı 22 nəfərə çatıb. 

***11:20
Elazığın Sivrice bölgəsində yaşanan zəlzələ zamanı ölənlərin sayı 21-ə çatıb.

News24.az "Anadolu Ajansı"na istinadən xəbər verir ki, indiyədək yaralananların sayı 1030 nəfər olduğu bildirilib. 

*** 10:25
Ötən gün axşam saatlarında Türkiyənin Elazığ şəhərinin Sivrice bölgəsində meydana gələn 6,8 ballıq zələzələ zamanı ölənlərin sayı artıb.

News24.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, təbii fəlakət zamanı yaralananların sayı isə 1015 nəfərə çatıb. 

Zəlzələdən sonra bölgədə 4 bal gücündə 11 yeraltı təkanların baş verdiyi açıqlanıb. Ümumilikdə isə təkanların sayı 228 olub.

Elazığ şəhər mərkəzində 4 binanın söküldüyü və dağıntılarda axtarış və xilasetmə işlərini davam etdirildiyi bildirilib.

***23:52
Türkiyənin Elazığ şəhərinin Sivrice rayonunda baş verən güclü zəlzələ nəticəsində dörd nəfər ölüb.
News24.az xəbər verir ki, bunu Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu bildirib. O, qeyd edib ki, Malatyada iki, Elazığda iki nəfər ölüb.
Onun sözlərinə görə, Elazığın Mədən rayonunda 5 mərtəbəli yaşayış binası çöküb:
"Həmin binada yaşayış olub. Xilasedicilər hadisə yerinə cəlb edilib. Dağıntı altında qalan insanları çıxarmağa çalışırlar. Bir nəfər sağ olaraq dağıntılar altından çıxarılıb. Ümid edirəm ki, çox itkimiz olmaz".