Portuqaliya Qananı məğlub edib
    • 24-11-2022, 22:10
    • 242

Portuqaliya Qananı məğlub edib

Bu gün DÇ-2022-nin H qrupunda I tura yekun vurulub.

News24.az xəbər verir ki, bu qrupda mübarizəyə qoşulan sonuncu komandalar Portuqaliya və Qana olub.

Oyun Portuqaliya millisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

DÇ-2022, qrup mərhələsi

24 noyabr, I tur
H qrupu
20:00. Portuqaliya – Qana 3:2

Qollar: Kriştianu Ronaldo, 65 (pen.), Andre Ayyu, 73, Joao Feliks, 78, Rafael Leao, 80, Bukari 89.