Hərbçimiz Kəlbəcərdə vəfat etdi - FOTO - YENİLƏNİB
    • 28-11-2022, 10:52
    • 782

Hərbçimiz Kəlbəcərdə vəfat etdi - FOTO - YENİLƏNİB

Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Mirzəzadə Nurəddin Burhan oğlu ehtiyatsızlıqdan baş verən bədbəxt hadisə nəticəsində vəfat edib.

Bu barədə News24.az-a Müdafiə Nazirliyindən bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Nazirlik hərbi qulluqçunun ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyir.

Allah rəhmət eləsin!


***

09:59


Azərbaycan Ordusunun hərbçisi vəfat edib.

News24.az xəbər verir ki, bu barədə "Bakı-Xəbər"qəzetinin əməkdaşı, jurnalist Vidadi Ordahallı məlumat paylaşıb.

O, bildirib ki, qohumu Nurəddin Mirzəzadənin ölüm səbəbi bəlli deyil:

“Acımız çox böyükdür. Bacımın son beşiyi Nurəddin Mirzəzadə Kəlbəcərin Zar kəndində hərbi xidmətdə müəmmalı şəraitdə vəfat edib”.

Allah rəhmət eləsin!