Bakıda şirkətin ofisində 84 yaşlı kişini döydülər
    • 28-11-2022, 10:47
    • 179

Bakıda şirkətin ofisində 84 yaşlı kişini döydülər

Bakıda 84 yaşlı kişini ofisdə döyüblər.

News24.az-ın məlumatına görə, hadisə Nizami rayonu 8-ci Köndələn küçəsində yerləşən “Sahil” MMC-nin ofisində baş verib. Belə ki, orada işləyən Zahid adlı şəxs Bakı şəhər sakini, 1938-ci il təvəllüdlü Sultanəli İsmayıl oğlu Quliyevi döyüb.

84 yaşlı kişi hadisə ilə bağlı polisə müraciət edib.

Faktla bağlı Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsində araşdırma aparılır.