“Maklerlər bağı”nda 59 yaşlı kişini döydülər
    • 14-09-2019, 02:12
    • 997

“Maklerlər bağı”nda 59 yaşlı kişini döydülər

Nizami rayonunda döyülmə faktı baş verib.

News24.az xəbər verir ki, “Maklerlər bağı” adlanan ərazidə naməlum şəxs və ya şəxslər 1960-cı il təvəllüdlü Şapavalov Veçeslav Vitali oğlunu döyüblər. 

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona döş qəfəsinin əzilmiş yarası diaqnozu qoyulub. Vəziyyəti stabil qiymətləndirilir.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.