Putin Paşinyanı təbrik etdi
    • 14-01-2019, 17:14
    • 843

Putin Paşinyanı təbrik etdi

Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri vəzifəsinə təyinatı münasibəti ilə Nikol Paşinyana təbrik teleqramı göndərib.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Rusiya dövlət başçısının təbrikində qeyd edilir ki, "Rusiya və Ermənistan arasında münasibətlər dostluğun və qarşılıqlı hörmətin xeyirxah ənənələrinə əsaslanır və ölkələr müxtəlif sahələrdə məhsuldar əməkdaşlıq nəticəsində zəngin təcrübə toplayıblar".

"Hesab edirəm ki, bizim dialoqumuz və konstruktiv birgə işimiz Rusiya-Ermənistan qarşılıqlı ittifaq fəaliyyətinin möhkəmlənməsinə, həmçinin Avrasiya məkanında inteqrasiya proseslərinin irəliləyişinə imkan yaradacaq", - təbrik teleqramında deyilir.

"Bu, şübhəsiz, bizim qardaş xalqlarımızın maraqlarına cavab verir", - deyə Rusiya dövlətinin başçısı əminliklə vurğulayıb.