Azərbaycanın təcrübəli kapitanı vəfat etdi
    • 29-11-2022, 17:29
    • 323

Azərbaycanın təcrübəli kapitanı vəfat etdi

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin təcrübəli uzaq səfərlər kapitanı Zakir Balaşov vəfat edib.

News24.az xəbər verir ki, Z.Balaşov 64 yaşında dünya ilə vidalaşıb.  

O, 1958-ci ildə Cəlilabad rayonunda anadan olub. Ömrünün böyük hissəsini dənizçiliyə həsr edən Z.Balaşov 1976-cı ildə hazırki Azərbaycan Dövlət Dənizçilik Akademiyasını müvəffəqiyyətlə başa vurub. Əmək fəaliyyətinə də elə həmin illərdən matros vəzifəsi ilə başlayan Zakir Balaşov Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nə məxsus müxtəlif tanker və quru yük gəmilərində uzaq səfərlər kapitanı vəzifəsində çalışıb.

Müxtəlif illərdə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" nə məxsus “Şuşa” , “Zəngilan” tankerlərində fəaliyyət göstərib.

Allah rəhmət eləsin!