-
- 2-10-2021, 12:34
- 573
Azərbaycanda gəmi kapitanı koronavirus səbəbindən vəfat etdi
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının “Qubadlı” təchizat-yedək gəmisinin kapitanı İlqar Zingirov koronovirus səbəbindən vəfat edib.
ASCO-dan News24.az-a verilən məlumata görə, İlqar Zingirov 1965-ci il 4 yanvarda Bakı şəhərində doğulub.
Bakı Dəniz Yolları Məktəbində gəmi sürücülüyü/texnik xtisası üzrə təhsil alıb, əmək fəaliyyətinə 1986-cı ildə Xəzər Dəniz Neft Donanmasının “Aura” gəmisində kapitanın II köməkçisi kimi başlayıb. 1993-cü ildən ömrünün sonunadək fasiləsiz olaraq Xəzər Dəniz Neft Donanmasına məxsus müxtəlif təyinatlı gəmilərdə kapitan kimi işləyib:
"35 illik dənizçilik təcrübəsinə malik İlqar Zingirov daim öz məsuliyyəti və fədakarlığı ilə seçilib. Səmimiyyəti və mehribanlığı ilə ətrafındakıların və dənizçi yoldaşlarının rəğbətini qazanmağı bacarıb. Elə buna görə də onun əziz xatirəsi daim yaşayacaq və hər zaman ehtiramla yad olunacaq. ASCO rəhbərliyi və kollektivi adından kapitan İlqar Zingirovun vəfatından kədərləndiyimizi bildirir, yaxınlarına başsağlığı veririk. Allah rəhmət eləsin!"