Bill Klinton koronavirusa yoluxdu
    • 1-12-2022, 13:04
    • 168

Bill Klinton koronavirusa yoluxdu

ABŞ-nin keçmiş Prezidenti Bill Klinton koronavirusa yoluxub.

News24.az xəbər verir ki, bu barədə məlumatı Bill Klinton öz rəsmi "Twitter" hesabında paylaşıb.

76 yaşlı eks-Prezidentin sözlərinə görə, xəstəliyi yüngül simptomlarla keçirir.

Qeyd edək ki, Bill Klinton 1993-2001-ci illərdə ABŞ-nin Prezidenti olub.