Bill Qeyts boşanır
    • 4-05-2021, 09:11
    • 390

Bill Qeyts boşanır

“Microsoft”un qurucusu Bill Qeyts və 27 illik həyat yoldaşı Melinda Qeyts boşanmaq qərarına gəliblər.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə cütlük "Twitter"də paylaşım ediblər. 

Qeyts cütlüyü evlilikləri ərzində 3 uşaq böyütdüklərini, bundan sonra da yaratdıqları xeyriyyə fondunda birgə çalışacaqlarını açıqlayıblar.