İmişlidə 28 yaşlı kişi qətlə yetirildi
    • 2-12-2022, 21:30
    • 312

İmişlidə 28 yaşlı kişi qətlə yetirildi

İmişli rayonunda 1994-ci il təvəllüdlü İlkin Hüseynovun qətlə yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun Mətbuat Xidmətindən News24.az-a bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Xəyal Surxayev saxlanılıb.

Faktla bağlı İmişli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaq davam edir.