Goranboylu qadın dəm qazından zəhərləndi
    • 3-12-2022, 23:30
    • 429

Goranboylu qadın dəm qazından zəhərləndi

Goranboyda zəhərlənmə faktı qeydə alınıb.

News24.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Tatarlı kəndində baş verib. 

Kənd sakini, 1974-ci il təvəllüdlü Gülarə İsmayılova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Pasientə tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə qadın yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.