Dünyada ilk: Hamiləlik tüpürcəklə təyin olunacaq
    • 5-12-2022, 14:42
    • 349

Dünyada ilk: Hamiləlik tüpürcəklə təyin olunacaq

İsrailin "Salignostics" şirkəti "Covid-19" testi əsasında hazırlanan və dünyada ilk olan tüpürcək əsaslı hamiləlik testini satışa çıxarmağa hazırlaşır.

News24.az  xəbər verir ki, "SaliStick" adlı tüpürcək əsaslı hamiləlik testinin 2023-cü ilin əvvəlində Avropa, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Cənubi Afrikada təxminən 8 funt sterlinqə (təxminən 17 manat)  satışa çıxarılacağı bildirilib. 

Hamiləlik testi dəstindəki tampon bir neçə dəqiqə ağızda saxlanılır və sonra dəstdə olan boruya yerləşdirilir. Boruda təhlil edilən nəticə bir neçə dəqiqə ərzində istifadəçiyə təqdim olunur.

Sözügedən testin 95 faiz dəqiq nəticə verdiyi qeyd edilib.

Eyni zamanda da ənənəvi testlərə nisbətən daha asan istifadə edildiyi üçün bu hamiləlik testinə üstünlük verilməsi gözlənilir.

Qumral Əliyeva